Əməkdar artist Elnarə Abdullayeva “Hüseynova bacıları” verilişinə qonaq olub.
Teleqraf.com-un məlumatına görə, ifaçı veriliş zamanı qadın-kişi münasibətlərindən danışıb:
“Kişinin getmək fikri varsa, fələk qarnını yerə qoysa belə, gedəcək. Qadın kimdir ki, kişini saxlasın?! Qadın həlim olmalıdır ki, kişi evə gəlsin. Əgər həqiqətən onu qəbul edib evlənmisənsə, kişinin başında qoz sındırmazlar. Mən başqa bir ruhla, eşqlə yaşayıram. Gərək o eşqi biləsən. Mən o eşqi heç kimə deyə bilmərəm”.
Qeyd edək ki, Elnarə Abdullayeva Elxan adlı bəylə ailəlidir. Cütlüyün bir qızı, bir oğlu var.