Müğənni, rəqqasə və aktrisa Cennifer Lopez şəxsi həyatının sirlərini açmağa qərar verib.
Teleqraf.com-un Axşam.az-a istinadən məlumatına görə, ifaçı sosial şəbəkədə noyabrın 4-də “True love” (“Həqiqi sevgi”) kitabını sevənlərinə təqdim edəcəyini deyib.
Bu barədə danışan Cennifer kitabın özünüdərketmənin tarixi olacağını vurğulayıb. Bununla yanaşı, Lopez öz analıq təcrübəsindən də söz açacağını, nəşr edilməmiş şəkillərini yayımlayacağını söyləyib.