19 Noyabr 2018 18:25
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova həmkarı Xatirə İslamla “Zaurla Günaydın” verilişində qonaq olub.

Teleqraf.com-un məlumatına görə, veriliş zamanı Flora Kərimovanın xaricdə yaşayan azərbaycanılar barədə söylədiyi fikirlər Xatirə İslamı kövrəldib.

Xalq artisti “Övladlarıma, nəvələrimə deyirəm ki, hara gedirsizsə gedin, yüksəlin! Amma vətəninizə qayıdın, burada bizlər sizi gözləyirik. Çünki biz analar sizi nəvələrimizə tapşırırıq. Həm bizim, həm də nəvələrimizin qədrini bilin.

Qurban olum, biz burada ağlaşma etmirik. Allah heç bir ananın gözünü qapıda qoymasın” – deyə bildirib.


Müəllif: Aygül Qarayeva