10 Dekabr 2018 10:21
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əminəm ki, hər il bu sevinci bizə yaşadan müğənni layiqli və istedadlı olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan instaqram səhifəsində yazıb.

O, ötən il “Altın Kelebek”dəki çıxışını paylaşaraq bir ilkə imza atdığını qeyd edib: “Qəbul edin ki, sizi ürəkdən təmsil etmişəm. Tək Allah şahidimdir ki, can atmadan bütün gözəlliklər önümə çıxır. Media bu mükafatı Azərbaycana ilk gətirən Röyanı unutmasın”.

Qeyd edək ki, ötən gün xalq artisti Aygün Kazımova "Altın Kelebek" mükafatlandırma mərasiminə qatılıb və “Azərbaycanda ilin qadın müğənnisi” adına layiq görülüb.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər