Əməkdar artist Könül Kərimova oğlundan danışıb.
Teleqraf.com xəbər verir ki, ifaçı “Hüseynova bacıları” verilişində həmkarı Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” sözlərinə dəstək olduğunu bildirib.
"Elnarənin o sözünə birinci dəstək verən mən olmuşan. Bir oğlum var. Mən də ona heç vaxt müğənni qız almaram. Çünki istəyirəm ki, gəlinim evdə olsun. Onun qulluğun görüm. Mənim 5 oğlum yoxdur ki, birinə müğənni, birinə həkim alım. Həm də istəyirəm gəlinim gözəl, ağıllı olsun. Düzdür, hər şey qismətdir. Ola da bilər, bunu faciə kimi qəbul etmirəm, amma düzü, istəmərəm".