Türkiyə mətbuatı gələcək həyat yoldaşlarını çəkiliş meydançasında tapan türk məşhurlarının siyahısını təqdim edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən həmin siyahını sizə təqdim edir. Qeyd edək ki, Türkan Şoray və Cihan Ünalla başlayan bu ənənəni ildən-ilə davam etdirənlərin sayı artır.
Bergüzar Korel və Halit Ergenç
“Min bir gecə” serialında evli cütlüyü canlandıran Bergüzar Korel və Halit Ergenç siyahının ilk pilləsində dayanır. Bu cütlük adıçəkilən serialın başa çatması ilə yaxınlarını başlarına yığıb nigah masasına oturublar. İkilinin hazırda
Əli adında bir oğlu var.
Bircə Akalay və Sarp Levendoğlu
Reytinqləri ürək açan olan “Küçük ağa” serialının baş rol qəhrəmanları Bircə Akalay və Sarp Levendoğlu sözügedən serialın çəkiliş meydançasında tanış olub, bir-birilərini seviblər. Ssenariyə uyğun olaraq boşanaraq ayrı yaşayan ikili gerçək həyatda avqust ayının 1-də özlərinə toy ediblər. Hazırda istirahətdə olan cütlük bərabər çəkdirdikləri fotolarını şəxsi sosial profillərində paylaşmaqdan zövq alırlar.
Tuba Büyüküstün və Onur Saylak
Onur Saylakla Tuba Büyüküstün “Gönülçelen” serialının çəkilişləri zamanı tanış olublar. Ssenari gərəyi Onur Tubanı sevsə də qarşılıq ala bilmir sevdiyindən. Çünki Tubanın yaratdığı Həsrət rolu Cansel Elçinin canlandırdığı Murada aşiq olur. Hər nə qədər mətbuat Tubanın Cansellə sevgili olduğunu yazsa da gözlənilmədən ortaya çıxan digər xəbər hamını şok etdi. Serialdan sonra Parisdə evlənən ikilinin hazırda Topraq və Maya adında əkiz qızları var. Bu, ailə də Kıvanç Kasabalı və Sedef Avcı evliliyi kimi sənət dünyasının örnək ailələrindən biri hesab olunur.
Haticə Şendil və Burak Sağyaşar
“Karadağlar” serialda tanış olan Haticə Şendil və Burak Sağyaşar bu il Kann şəhərində nişanlanıblar. Cütlüyün tezliklə toyu olacaq.
Selen Soyder və Tolgahan Sayışman
4 mövsüm davam edən “Lalə dövrü”nün qəhrəman obrazlarını canlandıran Tolqahan Sayışman və Selen Soyder serialdakı kimi münasibətlərini rəsmiləşdirəcəklər. Artıq toy hazırlıqları da başlayıb.
Qaye Turqut və Dəniz Evin
Məşhur “Beni Affet” serialının çəkiliş meydançasında tanış olan Qaye Turqut və Dəniz Evin cütlüyünün evlilik qərarı özünü çox gözlətmədi. Ailə quran ikili hazırda xoşbəxt həyat sürür.
Pərvin