Rusiyanın xalq artisti Tatyana Vasilyeva azərbaycanlı iş adamı Arif Ələkbərovla yaşadığı 16 illik sevgisindən bəhs edib.
Aktrisa gizli münasibəti haqda NTV-də qonaq olduğu "Секрет на миллион" proqramında söz açıb. Tatyana bildirib ki, ilk evliliyindən sonra Moskva Satirik Teatrının sponsorlarından biri olan Ələkbərovla uzun illər sevgili olublar.
Həmin vaxtlar Arif Bakıda yaşayıb, aktrisanı görmək üçün tez-tez Moskvaya gedib. Vasilyeva iş adamının evli olduğunu, buna görə də münasibətlərinin gizli saxladığını açıqlayıb:
“Bəzi çıxışlarımıza sponsorluq edirdi. Həmin ərəfədə bir tamaşada rol alırdım. Mənə diqqət göstərir, güllər göndərir və şam yeməyinə dəvət edirdi. Mehriban insan idi. Bakıya qastrola getdik, hər şey orada baş verdi. Şəxsi otaq ayrılmışdı mənə, hər tərəf güllər və meyvə ilə bəzədilmişdi.
Onun Xəzər dənizi sahilində böyük evi və yaxtası var idi. Orada gözəl vaxt keçirdik. Onun evində qaldım. Hara gedirdim qardaşı yanımda olurdu. Heç vaxt özümü elə qadın kimi hiss etməmişdim.
İndi də onu tez-tez xatırlayıram. Arvadı olmağa hazır idim, ancaq Arif boşanmadı və bizim evliliyimiz alınmadı. Onun iki övladı var idi, xanımı isə bizim sevgimizdən xəbərdar olmuşdu. Mənə dedi ki, istədiyin qədər sənin yanında olacam, amma evlənməyəcyik. Onu arvadına qısqanırdım.
Çox varlı idi. Həyatımda ilk brilyant üzüyü ondan hədiyyə almışam. İndi həmin üzüyü satmışam, özü də bildi. Əsəbləşdi ki, niyə ona zəng vurub, kömək istəməmişəm”.
Aktrisa həyat yoldaşının sonradan onun sevgilisi olduğunu öyrəndiyini söyləyib. Buna görə də ərindən boşanıb. T.Vasilyeva sonrada iş adamı ilə ayrıldığını deyib. "Mənə deyirdi ki, zəng etməsəm, məni axtarma. Bir gün zəng gəldi və dedilər ki, Arifi öldürüblər. 4 il sonra zəng gəldi, Arif özü idi. Dedi ki, heç nə soruşma. Onun hər şeyini əlindən almışdılar" deyə, aktrisa əlavə edib.
Tatyana Arifin geri qayıtdığı ərəfədə ikinci dəfə ailə qurduğunu söyləyib:
"Həmin münasibətimə pis yanaşdı, xəyanət kimi qarşıladı. Sonra onu yenidən itirdim. Sonra əlaqəmiz kəsildi. İndi necə və harada olduğundan xəbərsizəm".
Proqramda iş adamının oğlu da açıqlama verib. O, atasının 2018-ci ildə insultdan öldüyünü deyib. Aktrisa onun ölümündən xəbərsiz olduğunu bildirib./axşam.az/