Aktrisa Kəmalə Piriyevanın İnstaqramda paylaşdığı foto izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, aktrisa yeni fotosunda şirniyyat yeməkdən imtina etdiyini göstərib.
O, şokolad rəngli qapının qarşısında çəkdirdiyi şəklə belə qeyd yazıb: “Son vaxtlar şirniyyat yeməməyə çalışıram. Amma hər yerdə qarşıma çıxır... Məsələn, bu qapını yemək istədim...”