Türkiyədə məşhur olan azərbaycanlı model Günay Musayeva aktyor Tolqa Kareldən boşanır.
Teleqraf.com virtualaz.-a istinadən xəbər verir ki, məşhur cütlük artıq boşanmaq üçün məhkəməyə müraciət ediblər.
“Akşam” qəzetinin yazdığına görə, boşanmanın səbəbi Günay Musayeva ilə əri arasında tez-tez mübahisələrin yaranmasıdır. Onların birgə nikahdan bir oğulları var.
Xəbərə görə, Tolqa Karel boşanmağa hazırlaşdığı üçün İstanbul Bəylərbəyi səmtindəki 225 kvadratmetrlik 3 mərtəbəli evini 1 milyon 240 min türk lirəsinə satışa çıxarıb. O, evin puluna iki ayrı ev almağa, birini G.Musayevaya verməyə, o birində özü yaşamağa hazırlaşır.