Türkiyə mediası “Azəri qızı” ləqəbi ilə tanınan müğənni Günel Zeynalovanın estetik əməliyyatlarına diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, bir sıra KİV-lər “Hələ 13 yaşında imperator tərəfindən kəşf olunmuşdu, indi estetik halı ilə şok edir” başlıqlı yazı yayımlayıb.
Yazıda vurğulanır ki, İbrahim Tatlısəsin kəşf etdiyi Günel Zeynalova yeni imici ilə heyranlarını təəccübləndirməyə davam edir:
“Televiziyada görünməyə başlayanda müğənni alınmamış qaşları ilə diqqət çəkirdi. Azəri qızı Günel bunun səbəbini Azərbaycanda qızların qaşlarını ailə quranda aldırması ilə izah etmişdi. Günelin illər əvvəlki halı ilə indiki halı arasındakı böyük fərq görənləri heyrətləndirir. Sənətçi ortaya çıxan keçmiş fotosu ilə yenidən gündəm oldu”.
33 yaşlı Günel Zeynalovanın həm qaşını aldırdığı, həm də burnunu əməliyyat, dodağına dolğu etdirdiyini yazılıb, yeni və köhnə fotolarını paylaşıb.