Erməni əsilli amerikalı model Kim Kardaşyanın bacısı Keyli Cenner ingilis supermodel Naomi Kampbellin geyim tərzini mənimsəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Diet Prada” geyim firmasının İnstaqram səhifəsində məlumat verilib.
Səhifədə Keyli Cennerin eyni aksessuarlarla poza verdiyi kollaj fotoları yayımlanıb.
Qeyd edək ki, Naomi Kampbell tərzi aksesuar istehsalı firması 1995-ci ildə türk dizayner Rıfat Özbek tərəfindən qurulub. Keyli Cenner üçün isə buna oxşar aksessuarları amerikalı dizayner Maykl Nqo hazırlayıb.
Firmanın İnstaqram səhifəsində qeyd edilib ki, Naomini təqlid etmək Kardaşyan-Cenner ailəsinin ən pis məşğuliyyətlərindən biridir.
Bir neçə gün əvvəl ABŞ-da tədbirə qatılan Kim Kardaşyanın Naomi Kampbellin 1990-cı illərdə geyindiyi libasda qatılmasına görə kəskin şəkildə tənqid edilmişdi. Erməni əsilli model beşinci dəfə oğurluqda və müəllif hüquqlarını pozmaqda ittiham olunmuşdu.
Fotoları təqdim edirik: