Müğənni Elariz Məmmədoğlu Amerika Birləşmiş Ştatlarının vətəndaşlığını alıb.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə özü məlumat yayıb.
Elariz Məmmədoğlu İnstaqram hesabında ABŞ vətəndaşlığını aldığını elan edib: “Əziz həmvətənlər mənim “Greencard”ım gəldi, artıq mən Amerikanın vətəndaşıyam. Sevinənlərə can sağlığı, sevinməyənlərə isə uzun ömür arzulayıram”, - deyə ifaçı qeyd edib.
Qeyd edək ki, hazırda Nyu-York ştatında yaşayan Elariz Məmmədoğlu bir müddət öncəki paylaşımında 2-3 ay sonra Azərbaycana qayıdacağını vurğulamışdı.
Sənətçi həyat yoldaşının “Greencard” lotoreyasını udması ilə ABŞ-da yaşamaq hüququ qazanıb. “Greencard”ın qaydasına görə, xanım uduşu qazanırsa, avtomatik olar həyat yoldaşı həmin uduşun qalibi olur.
“Greencard” ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə insanlar Azərbaycan vətəndaşlığını itirmədən Amerikada istədiyi qədər qanuni şəkildə yaşaya və işləyə bilər.