Türkiyəli müğənni Tarkan İngiltərədə ev alacaq.
Teleqraf.com xəbər verir ki, İstanbul və Almaniyada bir neçə evi olan Meqastar bunun üçün hətta ötən ay Londona gedib.
Həyat yoldaşı Pınar Tevetoğlu və qızı Liya ilə uzun müddətdir Almaniyada yaşayan ifaçı şahzadə Herri ilə Meqan Marklın yaşadığı Kensinqton bölgəsindəki evlərə baxıb.
Ən bahalı evlərin yerləşdiyi bölgəni gəzən Tarkan 5 yataq otağı olan bir villanı bəyənib. Sözügedən evin qiyməti isə 7 milyon 250 min funt-sterlinqdir.
Qeyd edək ki, sözügedən bölgədə Devid Bekhemin də villası var.