Ötən gün avtomobil qəzasına düşən əməkdar artist Mehriban Xanlarova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, aktrisanın ailəsindən verilən informasiyaya görə, Xanlarova bir müddət həkim nəzarətində olacaq.
Əməkdar artist Elşən Cəbrayılov isə aktrisanın fotosunu sosial şəbəkədə paylaşıb.