14 May 2019 00:38
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva ana olub.

Teleqraf.com xəbər verir ki, mayın 7-si səhər saat 10-da o, əkiz oğlan uşaqları dünyaya gətirib. Bildirilib ki, Moskvadakı klinikalardan birində doğuş edən 36 yaşlı Kabayeva 4-cü mərtəbədəki VİP-palatada qalıb. Bu mərtəbədə qalan bütün xəstələr həmin günlərdə digər mərtəbələrdəki başqa otaqlara köçürülüb.

4-cü mərtəbəni bir çox mühafizəçi qoruyub, kənar şəxslərin ora daxil olmasına icazə verilməyib. Kabayeva üçün yeməklər Moskvadakı elit restoranlardan gətirilib.

Əkizlərin adları və atalarının kimliyi barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com