17 May 2019 02:15
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Tel-Əvivdə (İsrail) keçirilən "Avroviziya-2019" mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev yarışın final mərhələsinə vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında "Truth" mahnısını ifa edib.

Finala vəsiqə qazanan 10 ölkə arasında Azərbaycanla yanaşı Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniyanın da adı var. Ermənistan təmsilçisi finala vəsiqə qazana bilməyib.

01:22

Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsində çıxış edib.

Teleqraf.com xəbər verir ki, Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında "Truth" mahnısını ifa edib.

20:05

Bir neçə saatdan sonra “Avroviziya 2019” yarışmasının növbəti məhrələsi başlayacaq.

Teleqraf.com xəbər verir ki, bugünkü mərhələdə 18 ölkənin iştirakçıları öz performanslarını nümayiş etdirəcəklər.

Həmçinin bu gün final mərhələsinə qatılacaq iştirakçıların tam siyahısı bəlli olacaq.

Azərbaycanı təmsil edən Çüngiz Mustafayev bu gecə səhnəyə 18-ci iştirakçı kimi çıxacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər