“Yaxşı, peşəkar olmaq, məşhurlaşmaq, milyonlarla izləyici, fanat da yığmaq olar, amma adam olmadınsa, apar tulla! Elnuru ona görə hamıdan çox istəyirəm ki, adam kimi adamdır”.
Teleqraf.com xəbər verir ki, qalmaqala səbəb olan bu sözləri aparıcı Hüsniyə Məhərrəmovanın doğum günü olan stilist Elnur Həsənova ilə təbrik fotosunu paylaçaraq yazıb.
Onun təbrikində yer verdiyi sözlər stilist Anar Ağakişiyevi özündən çıxarıb.
Anar İnstaqram “Story”də aparıcı ilə fotosunu paylaşıb və Hüsniyənin üzünü donuz smayliki ilə bağlayıb. O, Məhərrəmovanı paxıl, 70 sifətli adlandırıb:
“Şükür Allaha ki, dünya şöhrətli stilistəm.İstər cəmiyyətdəki hörmətimə, ailəmdən olan tərbiyəmə hər kəs bələddir. Çox şükür, Tanrım, arzuladığım hər şeyi mənə yaşadırsan. Ən əsas da ətrafımda olan 70 sifətli, dediyi sözləri danan, tülkü tərzli, kompleksli, uğursuz, onun-bunun dalınca danışan, etibarsız, cürət edib, sözü üzə deyə bilməyən insanları ətrafımdan yığışdırırsan.
Hər kəs kimin nə olduğunu çox gözəl bilir. Min şükür ki, bu insanın dar günündə qapımı döydülər. Halal xoşunuz olsun. Paxıllığımı çəkənin çox olduğunu bilirdim, amma bu qədərini təxmin etmirdim. Dürüst olun, Tanrım mənə yaşatdıqlarını bəlkə sizə də yaşadar.
İşim də göz önündədir, o qədər yuxarıdayam ki, aşağıdakılarla maraqlanmıram. Jey Lo demişkən, mənim öz dünyam var. Digər şeylər önəmli deyil”.