Prodüser Tarix Əliyev (Tolik) açıq-saçıq geyinməkdə ittiham olunan aktrisa Pərvin Abıyevanı müdafiə edib.
Teleqraf.com xəbər verir ki, o, aktrisanın sosial şəbəkələrdə təhqir edilməsinə cavab olaraq, onunla birgə çəkdirdiyi fotosunu paylaşıb.
Tolik paylaşımının üzərində qeyd edib:
“Sizcə, niyə bəzi İnstaqram dostlarımız izlədikləri adamı təhqir edirlər, onun haqda xoşagəlməz sözlər yazırlar? Əgər sənin xoşun gəlmirsə, izləmə, nə sənin ürəyin bulansın, nə də sənin rəylərini görüb bizim ürəyimiz bulansın. Məcburi heç nə yoxdur”.
Fotoları təqdim edirik: