5 Noyabr 2019 11:46
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Kəmalə Piriyeva da ATV kanalında yayımlanan “Ər və arvad” serialından ayrılıb.

Serialın yaradıcısı Aqil M. Quliyev Teleqraf.com-a açıqlamasında Kəmalə Piriyevanın serialdan ayrılmasına belə münasibət bildirib:

“ Kəmalə Piriyeva və Elcan Rəsulov ilə müqaviləmiz bitdi. “Ər və arvad” loqosu altında yeni layihəyə başlayırıq. Orada bir yox, bir neçə cütülüyün ailəsini təqdim edəcəyik. Hazırda kastinq keçirilir. Yeni aktyor heyəti ilə layihəmizə başalayacağıq”.

Qeyd edək ki, bir müddət əvvəl aktyor Elcan Rəsulov da seraildan ayrıldığını demişdi.

Serial 2016-cı ildən yayımlanır. Ekran əsərində Elcan Rəsulov Yaşar, Kəmalə Piriyeva isə Könül obrazını canlandırıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər