Həbsdən çıxan müğənni Fədayə Laçın məkanların birində azadlığa çıxmasını qeyd edib.
Teleqraf.com xəbər verir ki, məclisdə ilk dəfə Fədayə Laçının oğlu danışıb.
O, anasına dəstək olan sənətçilərə təşəkkür edib: “Bu gün mənim ən xoş günümdür. 25 yaşım var və bu vaxta qədər belə gün yaşamamışam. İki il ərzində yanımızda olduğunuz üçün hamınıza təşəkkür edirəm”.
Məclisdə xalq artistlərii Nazpəri Dostəliyeva, Aftandil İsrafilov, əməkdar artist Aygün Bəylər, müğənni Nadir Qafarzadə, Manaf Ağayev, şairə Nazilə Səfərli, muğam ifaçısı Eldəniz Məmmədov iştirak ediblər.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.