16 Dekabr 2019 16:26
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu Şəhərdə” production Baku Media Mərkəzi ilə birlikdə “Şabaş” filminin premyerasını keçirib.

Teleqraf.com xəbər verir ki, bu dəfə təqdimata 250 Qarabağ müharibəsi veteranı dəvət olunub.

Media nümayəndələrinin də qatıldığı gecədə “Bu Şəhərdə” productionun ssenaristi Müşviq Abbasov irəlidə çəkəcəkləri kinolarda da bu addımın davam edəcəyini bildirib:

“Biz hər zaman konsertlərimizdə vətən uğrunda vuruşan Qarabağ qazilərimizə xüsusi dəyər vermişik. “Şabaş” adlı yeni filmimizdə bu ənənəmizdən geri qalmaq istəmədik”.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiə nazirliyi, Diasporla iş üzrə dövlət komitəsi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin dəstəyi ilə reallaşıb.


Müəllif: Rəqsanə Həsənova