24 Dekabr 2019 15:49
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayev Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya “Xalq artisti” adının vəsiqələrini təqdim edib.

Teleqraf.com xəbər verir ki, Miri Yusif, Röya Ayxan və Tünzalə Ağayeva fəxri ada layiq görüldüklərinə görə prezident İlham Əliyevə təşəkkür ediblər.

Xalq artisti Miri Yusif: “Hörmətli cənab Prezident, biz sizi təbrik edirik. Ad gününüz mübarək olsun. Neçə belə ad günlərinə. Allah Sizi qorusun!”

Xalq artist Röya Ayxan: “Təşəkkürümüzü bildiririk ki, öz ad gününüzdə bizi bu cür təbrik edib, dəyərləndirdiniz. Çox sağ olun!”

Xalq artisti Tünzalə Ağayeva: “Hörmətli Cənab Prezident, biz sizi çox sevirik. Sizinləyik. Sizə cansağlığı arzu edirik. Biz, müasir musiqi nümayəndələri hər zaman Azərbaycan musiqisini ən gözəl şəkildə təmsil etmişik və sizin bizə verdiyiniz bu təltifdən sonra daha da həvəslənib, daha da bol-bol işlər görməyə çalışacağıq. Biz sizi sevirik və ailənizə can sağlığı arzu edirik. Allah Sizi qorusun!”


Müəllif: Rəqsanə Həsənova