Məşhur amerikalı aktrisa Kameron Diaz özü haqqında kitab yazıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Kameron Diaz necə sağlam və xoşbəxt yaşadığını izah etdiyi "The Body Book" (Bədən Kitabı) adlı kitab yazıb.
"Vanity Fair" maqazin jurnalı isə Kameron Diazın müxtəlif tarixlərdə öz bədəni barədə açıqlamalarını tolayaraq, "Kameron Diazın anatomiyası" məqaləsində oxucularına təqdim edib:
Saçlar: Saçlarımı çox sevirəm. Onlara toxunmaq özümü yaxşı hiss etməyimə kömək edir.
Qoltuq altı: Dezodorantlara inanmıram. Onlar tərə keçid verməyərək pis qoxu yaranmasına səbəb olur. Tez-tez yumaq daha yaxşıdır.
Qasıq hissəsi: Oradakı tüklərin bir səbəbi var. İstədiyin kimi formaya sal, amma əsla lazer istifadə etmə.
Yan əzələsi: gəzmək, qaçmaq, tullanmaq üçün çox əhəmiyyətlidir. Bunun üçün idman etməyin lazımdır. Genişlənməsini imkan verməmək sənin əlindədir.
Ayaq barmaqları: Bədənin ən həssas nöqtəsidir. Əgər əyilib toxuna bilirsənsə, deməli formadasan.
Sinə: Sinəm kiçikdir və halımdan məmnunam.
Yan : Uşaqlıqda çox arıq idim. Hamı mənə gülərdi. Onlar böyüdükcə özümü güclü və qüvvətli hiss etdim.
Rüstəm