8 Yanvar 2020 12:22
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elton Hüseynəliyev əməkdar artis Xumar Qədimovanın kilsəyə getməsini tənqid edənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Elton Hüseynəliyev İnstaqramda əməkdar artist haqqında bu sözləri yazıb: “Dünən bir necə saytda oxudum ki, Xumar xanim kilsədə şam yandırıb, dua edib, şəkil çəkdirdiyinə görə bir çox insanlar tərəfindən tənqid edilib. Demək istəyirəm ki, əgər Xumar xanım bəziləri kimi süni insan olsaydı insanlara xoş gəlsin deyə gedib məsciddə şəkil çəkdirirərdi.

Mən məsciddə dua edə bilərəm, amma bu demək deyil ki, bağışlanmış müqəddəs insanam. Hamımızın günahı var. Amma haqsız danışmaq olmaz!

15 ilə yaxındır ki, biz dostuq və kaş hamı Xumar xanım kimi olardı. İnsan gərək olduğu kimi görünsün, özü, sözü, nəfəsi təbii olsun. Beşüzlü məxluqlar onsuz da çoxdur, amma dünyada ikinci Xumar yaşamır. Xumar Azərbaycan xanımı və sənətkardır.

O kiməsə xoş, yaxud naxoş olmaq üçün yox, öz ruhu, duyğuları ilə, sənəti, xanımlığı ilə yaşayan insandır. İnsanları tanımadan, bilmədən haqqında mənfi nəsə söyləmək düz deyil. Sevmyə bilərsən, amma qınamq heç kimin haqqı deyil.

Onu da bilin ki, kilsə də Allahın evidir. Heç kim özünü alim hiss etməsin, insan olaq, yetər”.

Qeyd edək ki, bir neçə gün öncə Xumar Qədimovanın kilsədə şam yandırması tənqid edilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər