9 Yanvar 2020 18:08
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova “Show News” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, müğəni sosial şəbəkələrdə saxta yollarla izləyici artıran həmkarlarını qınayıb:

“Sosial şəbəkədə senzura yoxdur. Ona görə də kim harada nə gəldi edir. Mənim də mahnılarımın 5 yüz min, 9 yüz min layk yığdığı zamanlar olur, amma bu, iki günə başa gələn bir şey deyil.

Mənim heç bir sosial hesabımda bir nöqtə belə saxta deyil, özüm kimi. Məni sevən belə də sevir. Qoy sevənlərim az olsun, amma hər zaman olsun. Zər qədrini zərgər bilir. Mən fikirdə, əqidədə, ağılda çox insan ola bilməz. Bu, zövq məsələsidir. Onları bəyənənləri də qınaya bilmərəm. Zövqləri odur, vəssalam”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər