27 Yanvar 2020 12:38
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə 62-ci “Qremmi” mükafatlandırma mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, gecədə Priyanka Çopra, Bebe Rekşa, Krissi Teyqen kimi ulduzlar dekolteli əlbisələri ilə diqqət çəkiblər.

Mükafatlandırma gecəsində helikpoter qəzasında dünyasını dəyişən basketbolçu Kobe Brayant da yad edilib.

Qırmızı xalıda diqqət çəkən məqamlardan biri də siyasi mesajların olması idi.

Belə ki, mərasimdə model, aktrisa Meqan Pormer Amerika Birləşmiş Ştatları və İran bayrağından hazırlanan “İran ilə müharibəyə yox” şüarı yazılan əlbisəsi, müğənni Coy Villan isə “Tramp 2020” yazılan geyimi ilə diqqət çəkib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər