Amerikalı kinoulduz Lana Rouds kişilərdə axtardığı vacib keyfiyyətləri sıralayıb.
Teleqraf.com xəbər verir ki, tənhalıqdan bezdiyi deyən aktrisa pulu olan kişiyə ehtiyacının olmadığını söyləyib.
"Dünyanın ən cəlbedici kişisi ola bilərsiniz, amma bunu hiss etmirəmsə, o kişi ilə maraqlanmaram" deyən sənətçi sadəcə işi olan kişi ilə münasibət quracağını deyib.
"Bütün ehtiyaclarımı özüm qarşılayıram, mənə nə isə verəcək kiməsə ehtiyacım yoxdur", - deyə 23 yaşlı Lana Rouds bildirib.