3 Fevral 2020 16:37
3 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış reper Elşad Xose “Popumuz var” verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, narkotik istifadəçisi olduğunu etiraf edib: “İnsan necədirsə, elə də qəbul edilməlidir. O təsirə düşməmək üçün məsləhət görmək çətindir. Çünki heç kim bundan sığortalanmayıb. Burada ailə tərbiyəsi rol oynamır. Ən ziyalı ailələrin övladları var ki, narkomandır. Təbii ki, ilk öncə hər şey insanın özündən asılıdır. Heç kim səni güclə narkoman etmir.

Bizim vaxtımızda səviyyəli görsənmək və pulun çoxluğuna görə də narkotikdən istifadə edirdilər. Pulun çoxluğu bəzən insanı çaşdırır. Bu həyat tərzindən qorunmağın bir üsulu yoxdur. Bir neçə dəfə ölümün bir addımlığında oldum”.

Elşad Xose dəhşətli anlarından da danışıb: “İki günə yaxın komaya düşmüşəm. Özün narkotikdən uzaq durmaq istəməsən faydası yoxdur, səni ən bahalı klinikalara aparsalar belə.

Mən iyrəndiyimə görə narkotikdən imtina etdim. İnsan yenə də stress məqamlarında istəyir. Onun yerini tutan bir şey lazımdır”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər