Tanınmış aktrisa Ülviyyə Xəlilbəyova əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın toyunu tənqid edənlər haqqında sərt sözlər işlədib.
Teleqraf.com xəbər verir ki, Ülviyyə Xəlilbəyova İnstaqramda bu sözləri yazıb: “Niyə insanların xoş gününə sevinməyi bacarmırıq? Toplumun 70 faizi niyə bu qədər qəddardır? Niyə yaxşını yox, pisi axtarırıq?
Şəxsən mən bu toydan ləzzət aldım. Ona görə ki, hər kəs səmimi idi. Bəy və gəlin biri-birilərini seviblər. Ətrafa xoş olsun deyə hərəkət etmirlər.
Monitor arxasında şirə dönən dedi-qoduçular onların yerində olmağı çox istərdilər. Qaldı Aybəniz xanımın toyda mahnı oxumasına, o məni kövrəltdi. Bir ananın yeganə övladını necə şərtlər altında böyütdüyünü və hansı çətinliklər yaşadığını bilmirik.
Balasının xoş günüdür. Niyə də sevinməsin? Bəzi rəylər məni o qədər qıcıqlandırdı ki…”
Qeyd edək ki, Aynişan Quliyeva fitness məşqçisi Kənan Əliyevlə evlənib. Cütlüyün qız toyu fevralın 1-də baş tutub. Oğlan toyu isə Ağcabədi rayonunda fevralın 8-də olacaq.