19 Fevral 2020 11:44
2 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumral 5/5 verilişində həmkarlarından birinin ünvanına sərt sözlər deyib.

Teleqraf.com xəbər verir ki, Təranə Qumral ad çəkmədən ona söz atan naməlum həmkarının cavabını verib: “Bir müğənni yaxın günlərdə dedi ki, ona kürəkənləri ad günündə 20 manatlıq bijuteriya hədiyyə ediblər. Birincisi, sadə bijuteriya deyildi, ikincisi, bu sənin nəyinə lazımdır? Guya mələkdir.

Bir də görürsən, başqa biri deyir ki, mən o tərbiyənin yiyəsi deyiləm. Sənin etdiklərini özün çəkməsən də, qızın və nəvələrin çəkəcək. Biri deyir yanaq qoyub, biri deyir dodaq qoyub. Allah kim istəyirsə, mənim sifətimi ona qismət eləsin. Mən hər zaman düzgün danışıram”.

Musa Musayev isə həyat yoldaşına “Arvad almışam, əjdaha çıxıb” deyərək reaksiya göstərib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər