Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə tənqdilərə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda "Təbiət öz qucağını necə gözəl təmizlədi. Pis insanlardan, şər-böhtanlardan, günahsız uşaqları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib pislik yayanlardan-öz qucağını təmizlədi. Küçələr boşdur. Təbiət bir az nəfəs almaq istəyir. Ümid edirəm ki, məni izləyənlər, dünyasını dəyişənlərdən bəhs edəcəyim qədər cahil deyillər!" şərhini yazıb.
Bunu isə səhv başa düşən şəbəkə izləyiciləri Xalq artistini özündən çıxarıblar. O deyib ki, sonuncu cümləni əlavə etməməli idi: "Sonra anladım ki, qəlbi qara insanlar az deyil. Görün səviyyəmiz hansı təbəqəyə enib ki, sözlərimi ölənlərə şamil edən başlar var".
Brilliant Dadaşova daha sonra bayram çəkilişlərində televiziyaya çıxmasını tənqid edənlərə də cavab verib: "Nanə Ağamalıyeva və Zaur Kamalın aparıcılıq etdiyi veriliş martın əvvəlində çəkilib və bayramda efirə getdi. Sözsüz ki, bayram çəkilişlərinə gedəndə əmim oğlu sağ-salamat idi. Yanına gedib gəlirdik, sağalacağına ümid edirdik. Həmin verilişlər televiziyada yayımlandıqdan sonra bəzi insanların həyasız şərhlərini gördüm. Allahdan qorxmayan bəzi qəlbi qara yazıqlar dünyasını dəyişən əmim oğlunu müzakirəyə qoyub, ağızlarının mikrobunu bura tökmüşdülər. Guya onu məndən çox istəyirlər".
Xalq artisti açıq-saçıq geyimlərini müzakirə edənlərə də iradını bildirib: "Geyimdən bəhs edənlər var, onların hamısı olmasa da çoxunun yaxınları qudası ilə qaçanlar, öz ərinin qohumları ilə sevişənlər və daha nələr nələr bilirsiniz? Ümumiyyətlə, geyimə rişxənd edənlər cəmiyyətin ən aşağı pilləsində dayananlar olur. Dünyagörüşü ən dar çərçivədəkilər...".