Mərhum Xalq artisti Habil Quliyevin qızı Vəfa Əliyevanın koronavirusa yoluxması haqda xəbərlər yayılıb.
Habil Əliyevin nəvəsi Xəyalə Əliyeva Teleqraf.com-a açıqlamasında yayılan məkumatları təkzib edib:
"Ötən gün axşam saatlarında xalamın təzyiqi qalxıb və ona görə də təcili yardım maşını çağırılıb.
Xəstəxanada pediatr işləyir. Son günlər gərgin iş rejimində çalışdığına görə təzyiqi yüksəlib. Yayılan xəbərlər əsassızdır. Virusun heç bir siptomu yoxdur. Nə temperaturu var, nə də öskürür".