Xalq artisti Canəli Əkbərovun ailəsində ağır itki baş verib.
Teleqraf.com xəbər verir ki, Canəli Əkbərovun qardaşı Fərail Xanəli Sankt-Peterbuqda avtomobil qəzasında dünyasını dəyişib.
Xalq artisti Teleqraf.com-a açıqlamasında deyib: "Qardaşım üç-dörd gün öncə avtobil qəzası keçirdi və dünyasını dəyişdi. 59 yaşı var idi. Mövcud vəziyyətə görə nəşinin Bakıya nə vaxt gətiriləcəyi hələ ki dəqiq bilinmir. Hələ dəfn edilməyib. Bu haqda danışırıq, görək necə olacaq. Ailəsi də Rusiyada yaşayır".