10 Aprel 2020 13:03
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəxsən mən və ailə üzvlərim martın 18-dən evdən bayıra bir addım belə atmamışıq. İnsanları qıcıqlandıran heç bir video paylaşmamışam. Yemək videoları paylaşanları da qınayıram, çünki evində çörək pulu olmayan insanlar var. Hansılar ki, restoran və şadlıq evlərində, salonlarda çalışıb günldəlik pul qazanırdılar. İndi qazancsız qalıblar".

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə Nura Suri yazıb.

O, bəzi insanları yaxşılığa dəyər verməyə səsələyib: "İllərdir baxdığım ailələr var. Mütəmadi şəkildə hər ay yardım olunur. Bu haqda danışmaq istəmirəm, sevmirəm. Mənim və valideyinlərimin etdiyi yaxşılıqlar bir çoxuna məlumdur və bunu kiməsə, nəsə sübut etmək üçün deyil, mərhəmət hissindən edirik.

Boşanmış üç uşaqlı tək qadınam. Özüm qazanıb, uşaqlarımı böyüdürəm. Həmişə xalqın yanında olmuşam, onların xeyrinə danışmışam, statuslar yazmışam. Amma bundan sonra susacam.

Cəmiyyətimizdə əfsuslar olsun ki, qanmaz insanlar az deyil. Heç kəsin sizə borcu yoxdur! Əgər insanlar sizə yaxşılıq edirsə, dəyərini bilin. Mənim dostlarım bu son günlərdə minlərlə ailəyə yardım ediblər. Biri deyir, bu nə paydır ? O biri deyir, özlərini reklam edirlər və sair".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər