Aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşımı ilə təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Elgiz Əkbər İnstaqramda xalq artisti Afaq Bəşirqızı ilə fotosunu paylaşaraq "Canımın içi..." şərhini yazıb.
Sözügedən fotonu təqdim edirik.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində yayımlanan "Elgizlə izlə" verilişində xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadə işləndiyinə görə kanalın yayımını 6 saat dayandırıb.