28 Aprel 2020 16:54
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın eks-prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın şəxsi həyatı haqqında sənədli film çəkilib.

Teleqraf.com xəbər verir ki, Mişel Obamanın şəxsi həyatından bəhs edən "Olmaq" adlı sənədli film mayın 6-da təqdim ediləcək.

Mişel Obama Nadiya Hallqrenin rejissorluğu ilə çəkilən film haqqında bu sözləri deyib: "Bu günlərdə ümidli olmaq çətindir, amma güman edirəm ki, Nadiyanın gördüyü işdən zövq alacaqsınız".

Qeyd edək ki, Barak Obama ilə Mişel Obamanın iki qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər