1 Oktyabr 2014 19:46
5 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq isti yay günləri arxada qalıb. Bu yeni mövsümdə istər-istəməz dəyişikliklər axtarışında oluruq. Əgər dəyişilmək istəyirsinizsə, ilk növbədə obrazınızı tapmalısınız. Obraz isə saç düzümündən başlayır. Bu isə o qədər də çətin məsələ deyil. Sadəcə ürəkli olub yeniliklərə açıq olmaq lazımdır.

2014 saç kəsimlərində və trendlərində uzun, düz və dalğalı saçlar ön plandadır. Uzun və dalğalı saçlar bu il xanımların gözəlliyinə gözəllik qatacaq. Son zamanlarda aktual olduğu üçün qısa saçlı xanımlar indidən saçlarını uzatmağa başlaya bilərlər. Belin yuxarı hissəsinə qədər olan uzunluq ideal uzunluq sayılır. Həmçinin yarı yığılmış, uzun hörüklər, uzun dalğalı saçlar da dəbdədir.

Yeni mövsümdə də uzun saçlardan başqa, iri buruqlar da dəbdə olacaq. Belə buruqlar həm sadə, həm də cəlbedici görünür. Saçlarınızı burmağa vaxtınız yoxdursa, onları yuduqdan sonra hörün, açdıqda çox gözəl nəticə görəcəksiniz. Belə olan halda həm vaxtınıza qənaət edirsiniz, həm də təbii buruqlar əldə etmiş olursunuz.

Saç düzümü konkret bir yerdə yığılmalı, həmçinin də üzün quruluşuna uyğun olmalıdır. Bundan əlavə də saçın rəngi də saç düzümünün unikal görünməsinə şərait yaradır. Çox xanımlar saçlarına həcmin verilməsini və hər dəfə müxtəlif formalara salınmasını özlərinə dərd edirlər. Amma tənbəllik etməyə dəyməz. Çünki əks cinsin nümayəndələri belə xırdalıqlara çox fikir verirlər.

Bundan əlavə hər hansı saç formasını seçməzdən əvvəl diqqətli olmaq lazımdır.Başqasında gördüyünüz saç düzümü sizə yaraşmaya bilər. Belə səhvlərin olmaması üçün çalışın stilistlərlə məsləhətləşəsiniz.

Ümumiyyətlə, bu ilin payız saç düzümlərində həcmli saçlar daha çox seçilir. Bir çox stilistlər öz əl işlərində məhz həcmli saç formalarına üstünlük veriblər. Həcmli saç forması istəyən qadınlar saçlarını yuduqdan sonra fenlə 30 sm məsafədən qurutmalıdırlar. Əgər saçınızı fenlə daramaq istəyirsinizsə, onda saçı üst hissədən yox, altdan darayın.

Saça həcm verilməsinin digər bir yolu da biqudilərdən istifadədir. Saçınızı yuduqdan sonra fenlə bir az qurulayın, daha sonra isə alt hissədən yuxarıya doğru saçınıza biqudilər qoyun. Bu prosesi axşam yatana yaxın etsəniz, daha məsləhətlidir. Səhər saçınızı açdıqda nəticə göz qabağında olacaq.


Müəllif:

Oxşar xəbərlər