5 May 2020 14:00
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur sənətçisi Özcan Deniz keçmiş həyat yoldaşı Feyza Aktan ilə yenidən evlənir.

Teleqraf.com xəbər verir ki, Özcan Dəniz 15 ay evli qaldığı Feyza Aktanla nikah masasına əyləşməyə hazırlaşır.

Ayrıldıqdan sonra bir-birinə yaxın evdə yaşayan cütlük karantini Özcan Dənizin evində keçirirlər.

Özcan Dəniz oğlu Kuzeyin doğum günündə həyat yoldaşına evlənmə təklifi edib və "hə" cavabı alıb.

Qeyd edək ki, cütlüyün bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova