7 May 2020 16:00
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana olmağa hazırlaşan Fələstin əsilli məşhur amerikalı model Gigi Hadiddən xoş xəbər var.

Teleqraf.com xəbər verir ki, beş aylıq hamilə olan Gigi Hadidin sevgilisi, repçi Zeyn Maliklə nişanlandığı iddia edilib.

Belə ki, cütlüyün pərəstişkarları Zeyn Malikin sol qoluna Xəlil Cibranın “Sevgi və evlilik" adlı şeirindən döymə etdirməsini tezliklə Gigi Hadid ilə nikah masasına əyləşəcəyinə işarə kimi qəbul ediblər.

Qeyd edək ki, cütlük karantin rejimini eyni evdə keçirirlər.


Müəllif: Rəqsanə Həsənova