13 May 2020 11:42
3 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dominikan Respublikasında olan kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubunun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) sabah vətənə dönür.

Teleqraf.com xəbər verir ki, "Survivor 2020"də "Ünlülər" komandasında iştirak edən Pərviz Abdullayev 7 saat sonra Dominikan Respublikasından yola düşəcək.

Dünya çempionu sabah vətəndə olacaq.

Qeyd edək ki, Pərviz Abdullayev səsvermə nəticəsində oyunu tərk etmişdi. O, mövcud vəziyyətə görə Dominikan Respublikasında oteldə karantində idi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər