14 May 2020 13:37
2 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyeva İnstaqramda canlı yayım zamanı etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva səhhətindəki problemdən danışıb: "Səhhətimlə bağlı böyük narahatlıq keçirdim. Bunu doğmalarım da bilmədi, gizlətməyə çalışdım. Ona görə telefondan uzaq dururam. Hətta telefon nömrəmi də dəyişdim".

Ruhi Əliyeva bəzi dostlarından da gileylənib: "Telefon nömrəmi ən yaxın dəyər verdiyim insanlar bilirlər. Çünki mənə çox böyük problemlər yaratdılar. Neynəyim, insanlar belədirlər. Əlini verirsən, biləyini də qoparırlar. Qaniçənlər hər yerdə var. Əsas odur, qoy bizim qanımızı içsinlər, amma Allah bizə can sağlığı versin. Pis insanlar az deyil. Bu bizim ətrafımızda, dost-tanışlarımızda da var. Amma hər adama dost demək olmaz. Son zamanlar başa düşdüm ki, hər kəsə bel bağlamaq olmaz.

Dost sözündən ağzım bərk yandı, ona görə də özümə söz verdim ki, hər kəs öz yerində duracaq. Necə ki, əvvəl öz yerlərində durmuşdular.

Dostlar, illərlə sınanan, sənin uğurlarına sevinən, ətrafını sevən, səni qoruyan, dəyər verən insanlara dost demək olar. Nəinki sənin puluna... Sən irəli gedəndə istəyirlər ki, ürəyini bulandırsınlar. Elə insanlardan uzaq durmaq lazımdır. Çox insanları dost sırasından sildim və onlardan uzaqlaşdım. Bu da məni ruhən rahatlaşdırdı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər