22 May 2020 15:15
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sevilən və tanınmış aktyoru Onur Tuna təqdirəlayiq addım atıb.

Teleqraf.com xəbər verir ki, aktyor İstanbulda təhsil alan azərbaycanlı tələbələrə yardım əlini uzadıb.

O, iş xanımı Ruhi Əliyevanın təşəbbüsünə qoşularaq tələbələrə maddi və mənəvi dəstəyini nümayış etdirib. Tələbələr həm kirayə ev, həm də gündəlik ərzaqla təmin olunublar. Onur Tuna bu addımı atmaqla bir daha məşhur "Bir millət, iki dövlət" deyimini yada salıb və Azərbaycana olan sevgisini nümayiş etdirib.

Qeyd edək ki, Türkiyənin sevilən aktyoru Onur Tuna "Liatris Yapım" şirkətinin ərsəyə gətirdiyi "Ağır romantik" filminin baş rol ifaçısıdır.


Müəllif: Rəqsanə Həsənova