Müğənni Elnarə Xəlilova "Söhbət var" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, o, aparıcının "Toy üçün darıxırsınızmı?" sualına belə cavab verib:
"Deyim ki, hər gün toyda idim, yox. Karantindən öncə də ayda-ildə bir dəfə toya gedirdim. Gərək kimsə zəng eləsin ki, gedim. Əks halda getmirəm. Pulla aram yoxdur. Mən bu günümlə yaşayan insanam. Əsl müsəlman yanaşması. Hər şeyə qane olan və şükür edənlərdənəm. Karantində Rövşən nə müəllim, nə həkim, nə aşpaz pulu verdi. Hamısını mən icra edirdim. Pulu cibində qaldı və mənə telefon aldı".
Müğənni İnstaqram səhifəsindən özünün istifadə etmədiyini deyib: "Buna nə nə səbrim çatır, nə də vaxtım var. Bütün sms işlərini bir şirkətə tapşırmışam. Sosial şəbəkədə nə İnstaqramın, nə də feysbukun parolunu bilirəm. Bilmək də istəmirəm. Bütün işlərimi və həyatımı onlara həvalə etmişəm. Demişəm ki, işi bilən adamlar işlərini görsünlər".
Qeyd edək ki, Elnarə Xəlilova Rövşən Cahangirov ilə evlidir. Cütlüyün dörd övladı var.