Türkiyəli məşhur prodüser, aparıcı Acun Ilıcalı doğum gününü özündən 30 yaş kiçik sevgilisi ilə qeyd edib.
Teleqraf.com xəbər verir ki, "Survivor 2020" yarışmasının çəkilişləri üçün Dominikan Respublikasında olan Acun Ilıcalı özəl gününü sevgilisi Ayça Çağla Altunkaya ilə qarşılayıb.
51 yaşını qeyd edən Acun sevgilisi ilə fotosunu İnstaqramda bu sözlərlə paylaşıb: "Həyatımda ən gözəl doğum günü idi. İlk dəfə idi ki, üç qitədə qeyd edirdim. Hər kəsə təşəkkür edirəm. Yaxşı ki, varsınız".
Acun Ilıcalını görmək üçün Dominikana gedən Ayça Çağla Altunkaya koronavirus pandemiyasına görə orada qalıb.