13 İyun 2020 16:24
4 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu "Gündən-günə" verilişində şəxsi həyatı haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu ilk nikahından danışıb:

"17 yaşım var idi. Xalam oğlunun toyuna getmişdim. Keçmiş həyat yoldaşımla orada tanış olduq. Qız və oğlan razı idi. Həmin ərəfədə elçi gəlmək istəyirdikər. Keçmiş həyat yoldaşım mənə dedi ki, gedək anam və bacımla tanış ol. Bacımın evidir. Qapını qaynanam və baldızım açdı. İki-üç saat sonra dedim ki, mən evə gedim, dedilər ki, hara gedirsən?

Artıq bu evin gəlinisən. Mən keçmiş qaynanamı çox sevirəm. Həyat yoldaşımla anlaşmayıb, özümüz ayrılmışıq.
Çox qaşqabaqlı gəlin idim. Toy macəram belə olub.
Qaynananla, baldızınla tanış olmaq üçün gedirsən və sonra səni qaçırırlar. Qaynanam Tahirə xanım danışır ki, divanda oturmuşdun, toppuş qız idin, deyirdin ki, evimizə getmək istəyirəm".

Müğənni xalq artisti Tünzalə Ağayevanın "Toy müğənnisi ilə fərqim olmalıdır" fikrinə belə reaksiya göstərib:

"Konsertlər vermişəm və bunu hamı bilir. Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Xumar Qədimova, Mətanət İsgəndərli, Könül Kırimovanı dinləmişəm. Bu, o demək deyil ki, onlar toy müğənnilərdir? Müğənniləri kateqoriyaya bölməklərini sevmirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər