ARB televiziyasında yayımlanan "Show-News" verilişi evli məşhurlar arasında soğru keçirib.
Teleqraf.com məşhurların həyat yoldaşlarının adını telefonlarına necə yazdıqları təqdim edir:
Rəqqasə Fatimə Fətəliyeva: "Həyat yoldaşımla bir-birimizə "Tot" deyirik. Telefona da adını "Tot" deyə qeyd etmişəm".
Müğənni Günel Ələkbərova: "Hər şey yaxşı olanda ürək smaylı qoyuram. Elə ki, pis olanda smaylı silirəm".
Müğənni Aygün M.M: "Kənanın adını telefonumda M.M yazmışam".
Rejissor Kənan M.M: "Mən də Aygün xanımın adını M.M yazmışam".