Müğənni Nazənin Türkiyənin məşhur sənətçisi Bülənt Ərsoyun televiziya şousuna dəvət alıb.
Bu barədə Publika.az-a danışan müğənni dəvəti qəbul etsə də, narahatlıq hissi keçirdiyini də gizlətmədi:
“Bülənt Ərsoy çox böyük sənətkardır, bunu danmaq olmaz. Hətta yaponlar belə müəyyən ediblər ki, dünyada iki güclü səs tembri olan müğənni var, olardan biri Bülənt Ərsoy, digəri isə Kübariyədir. Əlbəttə qəbul etdim, dəvəti, yaxın vaxtlarda Türkiyəyə gedəcəyəm. Amma bununla belə ehtiyat edirəm, çünki BüləntƏrsoyun xarakterini hamı bilir. Hətta mənə deyrlər ki, onunla səhnədə eyni rəngdə paltar geyinsən, bu sənə problem yarada bilər. Hər halda, qorxuram efirdə mənə nəsə söz atar, xoşuma gəlməz. Buna görə verilişə qorxa-qorxa gedəcəyəm”.