2 İyul 2020 10:29
5 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Manana Caparidze biznesmen həyat yoldaşı Georgi Qabelavedən ayrı düşüb.

Teleqraf.com xəbər verir ki, o, bu haqda 5/5 verilişində danışıb.

Manana pandemiya dövründə sərhədlər bağlı olduğuna görə ailəsindən uzaq düşdüyünü açıqlayıb: "Övladlarım və həyat yoldaşımdan dörd aydır ayrıyıq. Gecə-gündüz skayp vasitəsilə danışırıq. Biz sonuncu dəfə həyat yoldaşımla martın 14-də bir yerdə idik. Georginin anasının ad günü idi.

Ailəm artıq getmişdi. Mən də verilişdən çıxıb ora getməli idim. Çamadanlar maşında idi. Sərhədə getdim və Qırmızı Körpüdən geri qayıtdım. Qayda hamı üçündür. Mənə orada dedilər ki, üzr istəyirik, giriş-çıxış yoxdur. Anamla geri qayıtdıq. Bunu ilk dəfədir danışıram. Buna görə ağlamıram. Güc birlikdədir.

Əslində, çətinliklər əvvəl də olub. Şükür ki, həyat yoldaşım və əzizlərim ordadır. Uşaqlarım tək deyil. Biz onlara, onlar da bizə dəstək olurlar".

Qeyd edək ki, Manana Caparidze ilə Georgi Qabelavenin bir oğlu, bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər