Dünya şöhrətli şotland viskisi olan “Grant’s” #IOU (I Owe You) adlı yeni qlobal kampaniya çərçivəsində Azərbaycanda fotomüsabiqəyə start verir.
Teleqraf.com xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən, iştirakçılar #IOU heşteqi ilə həyatlarına xüsusi bir rəng qatan insanla birgə “Facebook”da şəkil yerləşdirməlidirlər. Bu, valideynlər, dostlar və ya həmkarlar ola bilər. Şəkilin təsvirində müsabiqə iştirakçısı şəkil çəkdirdiyi insana nəyə görə minnətdar olduğunu ifadə etməlidir.
Müsabiqənin yekunlarına görə, oktyabrın 15-dək ən çox “Like” yığan 20 iştirakçı “Grant’s” qarışıq viskisi hədiyyə alacaq. İlhamlandırıcı təsvir yazan digər 20 iştirakçı isə minnətdarlığını bildirən insanlarla birgə oktyabrın 16-da “Baku Jazz Center”də keçiriləcək “#IOU Launch Party” qapalı əyləncə gecəsinə dəvət alacaqlar. Gecənin xüsusi qonağı “Grant’s” viskisinin Rusiyadakı brend-ambasadoru Nikita Borodin olacaq.