Tanınmış blogger Aysel Şükürova ilə boşanma ərəfəsində olan həyat yoldaşı Oqtay Əhmədov arasında qalmaqal bitmir.
Teleqraf.com xəbər verir ki, Oqtay Əhmədov İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Hər birinizin fikrinə hörmətlə yanaşıram. Bilirəm, məni istəyənlər də var, istəməyənlər də. Həyatda səhvsiz insan yoxdur. Heç kəs ideal deyil.
Hər bir ailədə söz-söhbət ola bilər. O da evin içində qalmalı və kənara çıxmamalıdır. Nə birinci ayrılanıq, nə də sonuncu. Boşananlar bizdən də əvvəl olub, sonra da olacaq. Bəli, Aysel ilə aramızda bəzi söz-söhbətlər ola bilər, o da bizə aid olan məsələdir. Kiminsə ailədaxili söhbətləri kimlərəsə maraqlı gəlməsin. Bir daha təkrar edirəm, bizim ayrılığımızı istəyənlər də var, istəməyənlər də. Dediyiniz xoş, pis sözlərə görə minnətdaram. Ayselə qarşı intriqa aparıb, düşmən olmayacam. O olsa, bu onun şəxsi işidir.
O, mənim uşaqlarımın anasıdır, ayrı yaşasaq belə, 3 uşağı bir yerdə böyüdəcəyik. Hər zaman onların yanında olacam və qoruyacam. Aysel güclü qadındır. Şəxsən məni tanımayan, bilməyən insanların ünvanıma dedikləri sözlər mənə çatmır. Amma məni narahat etmirlər, çünki ciddiyə aldığım mövzuda danışıram. Sadəcə, boş söz-söhbətlərə uyub artıq-əskik yazan insanları qınayıram.
Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam. Sadəcə, düşüncə cəhətdən yazıq olan biri gücü çatmayacaq yükü daşımaq istəyir və ortalığa əsassız bir məlumat atıb. Bu neçə gündə onun yalanına uyan şüursuz və məntiqsiz insanlar gördüm".
Qeyd edək ki, Aysel Şükürova ilə Oqtay Əhmədov 400 minlik toyları ilə gündəmdə idilər. Cütlüyün əkiz övladları var.